"Qəbələ" Rusiya və Almaniya klubları ilə yoldaşlıq görüşü keçirəcək

"Qəbələ" Rusiya və Almaniya klubları ilə yoldaşlıq görüşü keçirəcək Bakı. 5 dekabr. REPORT.AZ/ Qəbələ”nin 2018-2019-cu illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.
Futbol
5 Dekabr , 2018 13:57
Qəbələ Rusiya və Almaniya klubları ilə yoldaşlıq görüşü keçirəcək

Bakı. 5 dekabr. REPORT.AZ/ Qəbələ”nin 2018-2019-cu illər mövsümünün qış fasiləsindəki hazırlıq planı müəyyənləşib.

"Report" klubun saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin dekabrın 20-də keçiriləcək cavab oyunundan sonra istirahətə buraxılacaq “qırmızı-qaralar” 2019-cu il yanvarın 6-da Bakıda bir araya gələcək. Sənan Qurbanovun baş məşqçi olduğu komanda ayın 13-dək paytaxtda hazırlıq keçəcək.

Mövsümün ikinci yarısına hazırlığın növbəti mərhələsi yanvarın 13-dən Türkiyədə gerçəkləşəcək. Əyalət təmsilçisi yanvarın 27-dək Antalya bölgəsində təlim-məşq toplanışında olacaq. “Qırmızı-qaralar” Lara bölgəsindəki “Trendi otel”də məskunlaşacaq.

Türkiyə toplanışı müddətində 4 yoxlama oyunu nəzərdə tutulub. Komanda yanvarın 16, 20, 24 və 26-da keçiriləcək matçlarda qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı rəqiblərdən ikisi dəqiqləşib. “Qəbələ” yanvarın 16-da Almaniyanın 3-cü liqa klubu “Meppen”lə üz-üzə gələcək. Ayın 24-dəki rəqib isə Rusiya təmsilçisi “Fakel” olacaq.

Son xəbərlər

Orphus sistemi