Yuxarı

​"Qəbələ" rəsmisi: "Tbilisi "Dinamo"su ilə oyunda təhlükəsizlik yüksək səviyyədə olacaq"

Fariz Nəcəfov: Tbilisidəki hadisələrin təkrarlanmaması üçün tədbirlər görüləcək

Bakı. 6 iyul. REPORT.AZ/ "Qəbələ" klubu yeni futbolçu transferinə hazırlaşır. Bu barədə "Report"a klubun vitse-prezidenti Fariz Nəcəfov məlumat verib.

Klub rəsmisi həmin futbolçunun kimliyini açıqlamasa da, yaxın 2-3 gün ərzində məsələyə aydınlıq gələcəyini bildirib: "Hücumameyilli oyunçu ilə danışıqlar aparırıq. Onu deyə bilərəm ki, yerli futbolçu deyil".

F.Nəcəfov Gürcüstanın "Dinamo" (Tbilisi) komandası ilə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşünə hazırlıqların qaydasında getdiyini bildirib. O, oyunla bağlı təhlükəsizlik məsələlərinə də aydınlıq gətirib. Vitse-prezident Gürcüstanda keçirilmiş ilk görüşdə yerli azarkeşlərin davranışının qarşılığında Qəbələdə analoji hadisənin baş verməməsi üçün tədbirlərin görüləcəyini deyib. O, azarkeşlərin sosial şəbəkələrdəki müzakirələrinə münasibət bildirmək istəməyib: "Klub rəsmisi olaraq deyə bilərəm ki, Qəbələ şəhər stadionunda təhlükəsizlik yüksək səviyyədə olacaq".

Qeyd edək ki, iyulun 9-da Qəbələ şəhər stadionunda keçiriləcək oyun saat 21:00-da start götürəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi