"Qəbələ" - "Qarabağ" matçının hakimləri müəyyənləşib

"Qəbələ" - "Qarabağ" matçının hakimləri müəyyənləşib Əliyar Ağayev iki oyuna əlavə köməkçi hakim təyin olunub
Futbol
30 Sentyabr , 2016 18:10
Qəbələ - Qarabağ matçının hakimləri müəyyənləşib

Bakı. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun qalan üç oyunu üçün bütün təyinatlar müəyyənləşib. "Report"un məlumatına görə, "Qəbələ" və "Qarabağ" arasında keçiriləcək turun mərkəzi görüşü FİFA referisi Rəhim Həsənova həvalə olunub. 

Avropa Liqasında İtaliyanın "Roma" və Rumıniyanın "Astra" komandaları arasındakı görüşü idarə etmiş Əliyar Ağayev isə bu və "Neftçi" - "Kəpəz" matçında əlavə köməkçi hakim funksiyasını yerinə yetirəcək. 

01 oktyabr (şənbə)

“Neftçi” – “Kəpəz”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Mehman Mahmudov, Nahid Əliyev
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rauf Cabbarov
AFFA nümayəndəsi: Nüvər Xasıyev
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Əlincə Arena”, 19:00

“Sumqayıt” – AZAL

Hakimlər: İnqilab Məmmədov, Elman Musayev, Vaqif Musayev, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: Elvin Əsgərov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“Kapital Bank Arena”, 17:00

02 oktyabr (bazar)

“Qəbələ” – “Qarabağ”

Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Akif Əmirəli, Coşqun Həsənov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, Əliyar Ağayev
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov
Hakim-inspektor: Rövşən Əhmədov
Qəbələ şəhər stadionu, 19:00

Qeyd edək ki, turun bütün görüşləri CBC Sport kanalı ilə canlı yayımlanacaq.

Son xəbərlər

Orphus sistemi