Yuxarı
    Bağlamaq

    "Qəbələ" - "Qarabağ" matçında insident baş verib

    Azarkeşlər hakimi və qonaq komanda fanatlarını qartopu atəşinə tutublar

    Bakı. 19 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XIX turun "Qəbələ" - "Qarabağ" matçında insident baş verib.

    "Report"un məlumatına görə, "Qəbələ" komandasının bir azarkeşi "Qarabağ" fanatlarını qartopu "atəşi"nə tutduğu üçün asayiş keşikçiləri tərəfindən tribunadan aparılıb.

    Bu, 28-ci dəqiqədə meydan sahiblərinin vurduğu qolun referi Fariz Yusifov tərəfindən sayılmamasından sonra baş verib. Azarkeşlər bu vaxt qartopu atmağa başlayıblar. Onların bir qismi meydandakı hakimləri nişan alıb. Tribunanın digər hissəsində isə yerli azarkeşlər qonşuluqdakı qonaq komandanın azsaylı fanatlarını hədəf seçiblər. Məhz "Qarabağ" sektoruna tərəf qartopu atanlardan biri saxlanılıb.

    Qeyd edək ki, ilk yarıdan sonra meydan sahibləri hesabda irəlidədir - 1:0.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi