Bakı. 18 avqust. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının pley-off mərhələsində çıxış edəcək "Qəbələ" klubu hazırlıqlarını Bakıda keçir. "Report"un məlumatına görə, "qırmızı-qaralar" Azərbaycan Premyer Liqasının son turunda keçirilən AZAL-la qarşılaşmadan sonra məşqlərə ara verməyib.
Zədəli futbolçular da heyətə qoşulduğundan baş məşqçi Roman Qriqorçuk Yunanıstan "Panatinaikos"u ilə oyunun hazırlığını bütün komanda ilə davam etdirir.
Qeyd edək ki, qarşılaşma avqustun 20-də “Bakcell Arena”da baş tutacaq. Görüşə saat 21:00-da start veriləcək.