"Qəbələ" öz meydanında oyunun sonlarında məğlubiyyətdən xilas olub - VİDEO

"Qəbələ" öz meydanında oyunun sonlarında məğlubiyyətdən xilas olub - VİDEO Qəbələ. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.
Futbol
30 Sentyabr , 2018 20:40
Qəbələ öz meydanında oyunun sonlarında məğlubiyyətdən xilas olub - VİDEO

Qəbələ. 30 sentyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında VI turun daha bir oyunu keçirilib.

"Report" xəbər verir ki, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Keşlə"ni qəbul edib.

FİFA referisi Rəvan Həmzəzadənin idarə etdiyi görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Hesabı 5-ci dəqiqədə "Keşlə"nin hücumçusu Amil Yunanov açıb. Yunanov Rasim Ramaldanovun səhvindən sonra təkbətək çıxdığı qapıçını məğlub, keçmiş komandasını məyus edib.

"Qəbələ" bərabərlik qolunu 76-cı dəqiqədə vurub. Nəzarətsiz qalan Stiven Monroz topu "Keşlə"nin qapısına göndərib.

Bu nəticədən sonra "Qəbələ" xallarını 5-ə, "Keşlə" isə 2-yə yüksəldib. Lakin onlar yenə müvafiq olaraq, 7 və 8-ci pillələrdə qərarlaşıblar.

Hazırda "Bayıl Arena"da "Sumqayıt" və "Zirə" arasında turun son oyunu keçirilir.

İlk oyun günündə "Neftçi" evdə "Səbail"i 4:0, "Qarabağ" isə səfərdə "Sabah"ı 2:0 hesabı ilə yenib.

Son xəbərlər

Orphus sistemi