"Qəbələ" öz meydanında "Neftçi"yə uduzub - VİDEO

"Qəbələ" öz meydanında "Neftçi"yə uduzub - VİDEO Ardıcıl ikinci məğlubiyyətini alan "Qəbələ" çempionluq yolunda ağır zərbə alıb
Futbol
4 Mart , 2018 17:42
Qəbələ öz meydanında Neftçiyə uduzub - VİDEO

Bakı. 4 mart. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XVIII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, Qəbələ şəhər stadionunda eyniadlı komanda "Neftçi"ni qəbul edib.

Meydan sahibləri Elvin Məmmədovun 33-cü dəqiqədə vurduğu qolla ilk yarını öndə bitiriblər. Lakin fasilədən sonra qonaqlar 2 qol vurub. 57-ci dəqiqədə Mirabdulla Abbasov, 73-cü dəqiqədə isə İqnasio Errera fərqlənib. Beləliklə, "Neftçi" səfərdə 2:1 hesablı qələbə qazanıb. Üstəlik, Yusif Nəbiyev 83-cü dəqiqədə qırmızı vərəqə alaraq, yerli komandanı azlıqda qoyub.

Ardıcıl ikinci məğlubiyyətini alan "Qəbələ" isə çempionluq yolunda ağır zərbə alıb. Hazırda 35 xala malik "qırmızı-qaralar" lider "Qarabağ"dan 10 xal geridədir. Xallarını 23-ə çatdıran flaqman isə yenə 5-ci pillədədir.

Tura saat 18:00-da başlanacaq "Zirə" - "Keşlə" matçı ilə yekun vurulacaq.

İlk oyun günündə "Kəpəz" "Səbail"i 2:1 hesabı ilə yenib. "Sumqayıt" - "Qarabağ" matçında isə qalib müəyyənləşməyib - 1:1.

Son xəbərlər

Orphus sistemi