"Qəbələ"nin yeni transferi: "MTK ilə cavab görüşü ilk matçdakından da çətin keçəcək"

"Qəbələ"nin yeni transferi: "MTK ilə cavab görüşü ilk matçdakından da çətin keçəcək" Teo Uiks: "Rəqib bizə böyük təzyiqlər edəcək"
Futbol
19 İyul , 2016 11:17
Qəbələnin yeni transferi: MTK ilə cavab görüşü ilk matçdakından da çətin keçəcək

Bakı. 19 iyul. REPORT.AZ/ "Səfər matçında qalib gəlsək də, bununla kifayətlənməyəcəyik. Evdə keçirəcəyimiz cavab matçında da döyüşəcəyik". "Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Teo Uiks Avropa Liqasının II təsnifat mərhələsində Macarıstanın MTK komandası ilə keçirəcəkləri cavab görüşü öncəsi "The Bush Chicken"ə açıqlamasında deyib.

Artıq yeni komandasında 4 qola imza atmış Uiks bildirib ki, ötən həftə Macarıstanda 2:1 hesabı ilə qalib gəldikləri görüşdə daha yaxşı təsir bağışlayaraq, qələbəyə nail olublar. Lakin liberiyalı hücumçu cavab görüşü yekunlaşmamış arxayınlaşmaq fikrində olmadığını vurğulayıb: "Biz indi evdə oynayacağıq və ilk görüşdəkindən də çətin mübarizəyə atılacağıq. Rəqib mərhələ adlamaq üçün bizə qalib gəlməlidir. Buna görə də böyük təzyiqlər edəcək. Biz öz gücümüzə inanmalı və mərhələ adlamaq üçün ağır döyüşə hazır olmalıyıq".

Qeyd edək ki, iyulun 21-də "Bakcell Arena"da keçiriləcək "Qəbələ" - MTK matçı saat 21:00-da başlanacaq.  

Son xəbərlər

Orphus sistemi