Yuxarı
    Bağlamaq

    "Qəbələ"nin yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib

    Roman Qriqorçuk Çernomoretsdəki məşqçiləri də özü ilə gətirib

    Bakı. 22 dekabr. REPORT.AZ/ Azərbaycanın "Qəbələ" futbol komandasının yeni baş məşqçisi Roman Qriqorçukun bütün köməkçiləri müəyyənləşib. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfiyarlı məlumat verib. 

    Onun sözlərinə görə, ukraynalı mütəxəssislə "Çernomorets"də birgə çalışmış Mixail Savka, Stepan Matveyev və Andrey Qluşenko "Qəbələ"də də ona kömək edəcəklər. Habelə elmi-metodiki qrupun rəhbəri Anatoli Korotya da "qırmızı-qaralar"a keçib. R.Qriqorçukun yerli köməkçiləri isə yenə Sənan Qurbanovla qapıçılarla işləyən məşqçi Dmitri Kramarenko olacaq. 

    Qeyd edək ki, artıq bütün məşqçilər "Çernomorets"i tərk edib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi