Yuxarı
    Bağlamaq

    "Qəbələ"nin vitse-prezidenti: "Daha yaxşı oynaya bilərdik"

    Qəbələ futbol klubunun vitse-prezidenti Fariz Nəcəfod Krasnodarla oyunun nəticələrini şərh edib

    Bakı. 11 dekabr. REPORT.AZ/ "Biz daha yaxşı oynaya bilərdik. Gözlənilməz səhvlərdən qol buraxdıq".

    "Report"un məlumatına görə, bunu "Qəbələ" Futbol Klubunun vitse-prezidenti Fariz Nəcəfov jurnalistlərə Avropa Liqasının qrup mərhələsinin son oyununda "Krasnodar" ilə baş tutmuş görüşdən sonra bildirib.

    Onun sözlərinə görə, oyun çox maraqlı keçdi. "Bu günkü əzmkarlığa görə futbolçularımıza təşəkkür edirəm. Sonuna kimi oynadılar və bütün respublikamıza Avropa həyəcanı yaşatdılar. Heç kim komandadan qrupa düşməsini gözləmirdi. Baxmayaraq ki, sonuncu yerdə qərarlaşdıq, mən "Qəbələ" ilə fəxr edirəm. Bacardığımız buydu", - deyə F. Nəcəfov qeyd edib.

    "Qəbələ"-nin vitse-prezidenti qeyd edib ki, Avropa Liqası klub üçün böyük təcrübə olub: "Çalışacağıq ki, gələcək sezon daha yaxşı oynayaq".

    Qeyd edək ki, "Qəbələ"-"Krasnodar" qarşılaşması 0-3 hesabı ilə Rusiya təmsilçisinin xeyrinə yekunlaşıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi