"Qəbələ"nin sabiq baş məşqçisi: "Finalda "Real Madrid”lə qarşılaşmaq başımıza gələ biləcək ən yaxşı hadisədir"

"Qəbələ"nin sabiq baş məşqçisi: "Finalda "Real Madrid”lə qarşılaşmaq başımıza gələ biləcək ən yaxşı hadisədir" Bakı. 20 dekabr. REPORT.AZ/ “Nailiyyətimiz bütün gözləntiləri ötüb keçdi. Bu, inanılmaz səviyyədə rəqabətdir”.
Futbol
20 Dekabr , 2018 16:29
Qəbələnin sabiq baş məşqçisi: Finalda Real Madrid”lə qarşılaşmaq başımıza gələ biləcək ən yaxşı hadisədir

Bakı. 20 dekabr. REPORT.AZ/ “Nailiyyətimiz bütün gözləntiləri ötüb keçdi. Bu, inanılmaz səviyyədə rəqabətdir”.

“Report” xəbər verir ki, bunu klublararası dünya çempionatının finalında İspaniya “Real Madrid”i ilə qarşılaşacaq Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Əyn” komandasının qapıçılar üzrə məşqçisi Luis Araqon “Marca”ya deyib.

2012-ci ilin mayından 2015-ci ilin iyununadək “Qəbələ” Futbol Akademiyasında çalışan, 2013-cü ildə bir aylıq əsas komandaya rəhbərlik edən ispaniyalı mütəxəssisin sözlərinə görə, bu, “Əl-Əyn”nin ən böyük uğurudur: “Bu cür yarışda “Real Madrid”lə qarşılaşmaq başımıza gələ biləcək ən yaxşı hadisədir. Çünki bunun böyük nəticələri olacaq”.

L.Araqon cari mövsümün əvvəlindən BƏƏ klubunda işləyir.

Qeyd edək ki, FIFA klublararası dünya çempionatının finalı dekabrın 22-də keçiriləcək və Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

Son xəbərlər

Orphus sistemi