"Qəbələ"nin sabiq baş məşqçisi İspaniya klubuna idman direktoru təyin olunub

"Qəbələ"nin sabiq baş məşqçisi İspaniya klubuna idman direktoru təyin olunub Toni Adamsın məqsədi komandanı ispaniyalı futbolçulardan formalaşdırmaqdır
Futbol
6 Aprel , 2017 10:20
Qəbələnin sabiq baş məşqçisi İspaniya klubuna idman direktoru təyin olunub

Bakı. 6 aprel. REPORT.AZ/ "Qəbələ"nin sabiq baş məşqçisi Toni Adams İspaniyanın "Qranada" klubuna idman direktoru təyin olunub. "Report"un məlumatına görə, İngiltərə "Arsenal"ının sabiq kapitanı "Çuntsin Danqday Lifan"dakı analoji vəzifəsini Çin Super Liqasında mövsümə yekun vurulduqdan sonra bu kluba dəyişib.

Həm İspaniya, həm də Çin təmsilçisinin prezidenti Con Cianqdır. Adams "Qranada"nın rəsmi saytına açıqlamasında bildirib ki, məqsədi komandanı ispaniyalı oyunçulardan formalaşdırmaqdır. Bu məqsədlə klubun akademiyasına diqqət artırılacaq, gənc futbolçular heyətə cəlb olunacaq.

Qeyd edək ki, Toni Adams "Qəbələ"də 2010-cu ilin mayından 2011-ci ilin noyabrınadək baş məşqçi, sonradan isə ötən mövsümün sonlarınadək futbol direktoru vəzifələrində çalışıb. "Qranada" La Liqada 30 oyundan 20 xalla 19-cu pillədə qərarlaşıb və Sequndaya düşmə təhlükəsi ilə üzləşib. 2014-2015 mövsümündə bu komandada Azərbaycan millisinin futbolçusu Eddi İsrafilov icarə əsasında çıxış edib.  

Son xəbərlər

Orphus sistemi