Bakı. 21 iyun. REPORT.AZ/ "Qəbələ" barədə az məlumatlıyam. Bununla belə, komandanın ötən mövsüm Avropa Liqasının qrup mərhələsinə çıxdığını və Azərbaycan çempionatının bürünc mükafatçısı olduğunu bilirəm". "Report"un məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ"nin rəqibi olan Gürcüstanın "Samtredia" klubunun baş məşqçisi Giya Tsetsadze şansları dəyərləndirərkən deyib.
Baş məşqçi yerli mətbuata açıqlamasında Azərbaycan təmsilçisi ilə görüşdə şansların bərabər olduğunu bildirib: "Nələrin baş verəcəyini görəcəyik. Düşünürəm ki, "Qəbələ" orta səviyyəli rəqibdir. Nə çox güclü, nə də çox zəifdir. Açığı, qrup mərhələsinə vəsiqə qazanma vəzifəmiz yoxdur. Şanslar 50/50-yədir. Amma məntiqlə tərəflərdən biri üstün olmalı, qalib gəlməlidir. Əlbəttə, Avropa Liqasında daha çox azarkeş qazanmaq üçün mübarizə aparacağıq və bacardığımız qədər yola davam edəcəyik".
Qeyd edək ki, "Qəbələ" - "Samtredia" maçtı iyunun 30-da Bakıda, cavab görüşü isə 1 həftə sonra Zestafoni şəhərindəki "David Abaşidze" stadionunda keçiriləcək.