Yuxarı

"Qəbələ"nin rəqibi erməni futbolçusunu Azərbaycana gətirməməyi qərara alıb

"Qəbələ"nin rəqibi erməni futbolçusunu Azərbaycana gətirməməyi qərara alıb
Bu qərar təhlükəsizlik məqsədilə və Azərbaycan - Ermənistan münaqişəsi ilə əlaqədar qəbul edilib

Bakı. 27 iyun. REPORT.AZ/ Lüksemburqun "Proqres" klubu Avropa Liqasının I təsnifat mərhələsində "Qəbələ" ilə keçirəcəyi səfər matçında erməni əsilli futbolçusu Aleksandr Karapetyanın xidmətindən yararlanmayacaq. 

"Report"un məlumatına görə, bu barədə Niderkorn komandasının meneceri Tomas Gilgemann açıqlama verib.

Gilgemann bu qərarı təhlükəsizlik məqsədi ilə və Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar qəbul etdiklərini bildirib: "Karapetyan Azərbaycana səfərdən azad edilib. Onun fiziki forması qaydasında olsa da, özü Dağlıq Qarabağ münaqişəsi üzündən Qəbələyə getmək istəmir. Digər tərəfdən, klub olaraq, oyunçularımızı qorumaq borcumuzdur. Onları riskə atmaq istəmirik".

2015-ci ildə Almaniyanın "Borussiya" (Dortmund) komandasının və Ermənistan milli komandasının futbolçusu Henrix Mxitaryan da eyni səbəbdən, "Qəbələ" ilə Avropa Liqasının qrup mərhələsinin oyunu üçün Bakıya gəlməyib. Aleksandr Karapetyan 1987-ci ildə Gürcüstanda doğulsa da, uşaq yaşlarında valideynləri ilə birgə Almaniyaya köçüb. Ötən mövsüm 29 qolla "Proqres"in bombardiri olan hücumçu 2014-cü ildə Ermənistan yığmasının heyətində 2 oyuna çıxıb.

Qeyd edək ki, "Proqres"lə ev oyunu iyulun 12-də Qəbələ şəhər stadionunda keçiriləcək. Görüş saat 20:00-da başlanacaq. Cavab oyunu isə iyulun 19-da Lüksemburqun "Düdelanj" stadionunda təşkil olunacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi