Yuxarı

"Qəbələ"nin rəqibi futbolçusunu komandadan göndərib

Yarımmüdafiəçi Avstraliya çempionatında çıxış edəcək

Bakı. 18 oktyabr. REPORT.AZ/ Avropa Liqasının C qrupunda "Qəbələ"nin rəqibi Almaniyanın "Maynts" klubu bir futbolçusunu icarəyə verib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu Maksimilian Baysterdir.

26 yaşlı yarımmüdafiəçi karyerasına Avstraliyanın "Melburn Viktoriya" komandasında davam edəcək. Müqaviləyə əsasən, Beyster mövsüm sonunadək yeni komandasının uğurları üçün çıxış edəcək.

Qeyd edək ki, Beyster 2015-ci ildən "Maynts"ın futbolçusudur. O, son mövsümü icarə əsasında "Münhen 1860" klubunda keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi