"Qəbələ"nin rəqibi Azərbaycana erməni hücumçu gətirə bilər

"Qəbələ"nin rəqibi Azərbaycana erməni hücumçu gətirə bilər O, Lüksemburq Yüksək Liqasının ikinci ən yaxşı bombardiri olub
Futbol
20 İyun , 2018 15:28
Qəbələnin rəqibi Azərbaycana erməni hücumçu gətirə bilər
0 : 00
0 : 00

Bakı. 20 iyun. REPORT.AZ/ "Qəbələ"nin rəqibi Lüksemburq "Proqres"inin heyətində Azərbaycana erməni futbolçu gələ bilər.

"Report"un məlumatına görə, bu, hücumçu Aleksandr Karapetyandır.

31 yaşlı hücumçu Gürcüstanda doğulsa da, 2014-cü ildə iki dəfə Ermənistan millisinə cəlb olunub. Təcrübəli forvardın Gürcüstan və Almaniya vətəndaşlığı da var.

2017-ci ildən "Proqres"də çıxış edən Karapetyan əvvəllər Almaniya komandalarının da formasını geyinib. O, ötən mövsüm 23 oyuna 29 qol vurub və komandasının ən yaxşı, Lüksemburq Yüksək Liqasının ikinci ən yaxşı bombardiri olub.

Qeyd edək ki, "Qəbələ" "Proqres"lə ilk oyununu iyulun 12-də səfərdə, cavab görüşünü isə iyulun 19-da evdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi