“Qəbələ”nin rəqibərinin oyunu dava ehtimalına görə təxirə salınıb

“Qəbələ”nin rəqibərinin oyunu dava ehtimalına görə təxirə salınıb Avstriya hüquq-mühafizə orqanları “Utrext” – “Dinamo” görüşünün baş tutmasına icazə verməyiblər
Futbol
4 İyul , 2017 11:17
“Qəbələ”nin rəqibərinin oyunu dava ehtimalına görə təxirə salınıb

Bakı. 4 iyul. REPORT.AZ/ Avstriyada təlim-məşq toplanışında olab Hollandiyanın “Utrext” komandasının iyulun 8-də Kiyev “Dinamo”su ilə deyil, “Qəbələ” ilə yoxlama oyunu keçirməsinin səbəbi müəyyənləşib.

“Report”un məlumatına görə, dəyişikliyə səbəb “Utrext”in “Dinamo” ilə qarşılaşmalı olduğu Yenbax bölgəsində “Ayaks”ın da yoxlama oyunu keçirməsidir. Yerli hüquq-mühafizə orqanları bu iki Hollandiya təsmilçisinin azarkeşləri arasında dava düşəcəyi xəbərini aldıqları üçün təhlükəsizlik məqsədi ilə həmin gün Yenbaxda “Utrext” – “Dinamo” görüşünün baş tutmasına icazə verməyiblər.

Nəticədə sözügedən kollektivlər özlərinə yeni rəqiblər tapıblar. Beləliklə, iyulun 8-də ukraynalılar yerli “Vakker”lə, hollandlar isə Avstriyanın başqa bir qəsəbəsində “Qəbələ” ilə qarşılaşacaq.

Qeyd edək ki, “Qəbələ”nin hazırlıq prosesinin ikinci hissəsi iyulun 9-dək davam edəcək. Əyalət təmsilçisi bu gün Kiyev “Dinamo”su ilə də qüvvəsini sınayacaq. Roman Qriqorçukun rəhbərlik etdiyi kollektiv hazırlığın ikinci mərhələsindəki ilk görüşündə Avstriyanın “Qrodiq” komandasını böyük hesabla məğlub edib - 7:0.

Son xəbərlər

Orphus sistemi