"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm"

"Qəbələ"nin qələbə qolunun müəllifi: "Milliyə dəvət etsələr, sevinəcəyəm" "Qələbə"də payım olduğu üçün çox sevinirəm
Futbol
21 Avqust , 2017 00:20
Qəbələnin qələbə qolunun müəllifi: Milliyə dəvət etsələr, sevinəcəyəm

Bakı. 21 avqust. REPORT.AZ/ "Sumqayıt"la Azərbaycan Premyer Liqasının II tur matçında vurduğu qolla "Qəbələ"yə minimal hesablı qələbə qazandıran Tellur Mütəllimov oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. "Report" həmin müsahibəni təqdim edir...

- Qələbə qolunun müəllifi oldunuz. Təəssüratlarınız necədir?

- "Qələbə"də payım olduğu üçün çox sevinirəm. Bu mövsüm ilk oyunum idi. Bundan sonra da fürsətlərdən istifadə etməyə çalışacağam.

- İlqar Qurbanovun gəlişindən sonra az şans qazanırsınız. Hərçənd, ötən mövsüm daim start heyətində yer alırdınız...

- Zədəli idim. Həm də qərarı baş məşqçi verir. Zədəyə görə bir qədər geri qaldığımı da vurğulamalıyam.

- “Qəbələ”nin çempionatdakı şanslarını necə qiymətləndirirsiniz?

- Çempionat yeni başlayıb, bizi uzun marafon gözləyir. Çox çətin keçəcək. Komandaların hamısı güclüdür. Ötən il belə deyildi, bir neçə zəif klub vardı. Bu il isə hamı başağrısı olacaq.

- “Qarabağ”dan sonra “Qəbələ”nin çempionluq yolunda əsas rəqibləri hansı komandalardır?

- Hamısı.

- Robert Prosineçkidən milliyə dəvt gözləyirsiniz?

- Qətərlə oyuna çağırmışdılar. Yenə dəvət etsələr, sevinəcəyəm. Əks halda, şansımı gözləyəcəyəm.

- Növbəti tur “Qarabağ”la qarşılaşacaqsınız...

- “Qarabağ” güclü komandadır. Biz də yaxşı hazırlaşacağıq.

Son xəbərlər

Orphus sistemi