Yuxarı

​"Qəbələ"nin Premyer Liqada uğurlu seriyasına son qoyulub

Komandanın 21 oyunluq qollu çıxışı sona çatıb

Bakı. 26 oktyabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qəbələ"nin uğurlu seriyası qırılıb. "Report"un məlumatına görə, ardıcıl 21 çempionat oyununda qol vuran və dalbadal 4 matçda qələbə qazanan "qırmızı-qaralar" "Zirə" ilə ötən turun oyununda meydanı qolsuz heç-heçə ilə tərk edib.

Ardıcıl 5-ci dəfə qapısını toxunulmaz saxlayan Dmitri Bezotosnının Premyer Liqadakı quru seriyası isə 637-yə çatıb.

Qeyd edək ki, Premyer Liqanın IX turunda keçirilmiş "Qəbələ" - "Zirə" qarşılaşması 0:0 hesabı ilə yekunlaşıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi