Yuxarı

"Qəbələ"nin müdafiəçisi: "Yarış cədvəlində bundan da yuxarı yeri tutacağıq"

​"Qəbələ"nin müdafiəçisi: "Bundan da yuxarı yeri tutacağıq"

"Qələbə də qazana bilərdik. Hesabda öndə idik. Fikrimcə, son yarım saatda konsentrasiyamız itdi, komandada zəifləmə oldu. Nəticədə qapımızda top gördük". 

"Report"un məlumatına görə, bunu "Qəbələ"nin futbolçusu Rasim Ramaldanov Azərbaycan Premyer Liqasının V turunda "Səbail"1:1 hesablı heç-heçə etdikləri səfər qarşılaşmasından sonra deyib.

Otuz üç yaşlı müdafiəçi hava şəraitinin onlara problem yaratdığını söyləyib. R.Ramaldanov eyni zamanda komandasının turnir cədvəlində irəliləyəcəyini iddia edib: "Çətin oyunun olacağını gözləyirdik. Külək də hər iki komandaya çətinlik yaratdı. Amma yenə də oyunçular sona qədər öz oyunlarını göstərdilər. İndi evə 1 xalla dönürük. Bu heyətlə daha yaxşısını bacara bilərik. Hər şey öz əlimizdədir. İlk "beşliy"ə düşəcəyik. Məncə, hətta ondan da yuxarı yer tutacağıq".

R.Ramaldanov son iki matçda 4 xal toplamalarını baş məşqçi dəyişikliyi ilə əlaqələndirməyib: "Son iki oyundakı uğurlu çıxışın səbəbi odur ki, komandada özünəinam artıb. Bu da öz oyunumuzu sərgiləməyə imkan verir. Bunu Sənan Qurbanovun istefası ilə əlaqələndirməzdim. Onun rəhbərliyi altında da "Sumqayıt"a qarşı eyni oyunu göstərmişdik. Amma qapımızda 2 qol görmüşdük. Düzdür, sonrakı iki matçda istədiyimiz alınmadı. Ancaq ardından futbolçularda inam yarandı".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi