Yuxarı

"Qəbələ"nin məşqçisi: "Kuboku Tale Heydərova həsr edirik" - YENİLƏNİB

"Qəbələ"nin məşqçisi: "Kuboku Tale Heydərova həsr edirik"

Azərbaycan Kubokunun final qarşılaşmasında “Sumqayıt” üzərində 1:0 hesablı qələbə qazanaraq Avropa Liqasına vəsiqəni də təmin edən “Qəbələ”nin məşqçisi Zaur Həşimov mətbuat konfransı keçirib.

"Report"un Naxçıvana ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

- Sevinirik ki, neçə illik həsrətə son qoyduq. Kuboku Tale Heydərova həsr edirik. Uşaqlar məsuliyyəti dərk etdilər və məqsədlərimizi həyata keçirdilər. İqlim elə idi ki, boğulmalar olurdu. Söhbət hər iki komandadan gedir. Qəbələ camiəsini bu tarixi qələbə münasibəti ilə təbrik edirəm.

Qol erkən gəldi. Ancaq bundan sonra daha çox müdafiədən oynadınız…

- Oyunun sonlarında geri çəkildik. Rəqib bizi müdafiəyə çəkilməyə vadar etdi.

Fasilədə nəyi müzzakirə etdiniz?

- On dəqiqə ərzində kəlmə də kəsmədik. Boğulmalara görə ancaq su içirdilər. Əsas tapşırıq isə o oldu ki, son 45 dəqiqə həyati önəm kəsb edir.

Avroliqa planları necədi?

- Hələ ki, heç bir plan tərtib olunmayıb.

Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilərmi?

- Birmənalı şəkildə Kubokun qazanılması pozitiv dəyişikliyə təsir edə bilər! Buna böyük ümidimiz var.


***19:43

Azərbaycan Kubokunun final qarşılaşmasında “Qəbələ”yə 0:1 məğlub olaraq titul qazanmaq şansını qaçıran “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov mətbuat konfransı keçirib.

"Report"un Naxçıvana ezam olunmuş müxbiri xəbər verir ki, gənc mütəxəssis əvvəlcə oyun haqqında fikirlərini bölüşüb.

- Finalın mahiyyətini dərk edirdik. Həftəboyu çalışdım uşaqlar soyuqqanlı olsunlar. Təəssüf ki, ilk 15 dəqiqədə həyəcanlı idik. Qol buraxdıqdan sonra toparlanmağa çalışdıq. Nələrəsə nail olmaq istəyirdik. “Sumqayıt”ın finalda oynaması özü bir uğur idi. Avropaya getmək üçün daha çox iş görmək lazımdı. Yaxın günlərdə klub rəhbərliyi ilə görüşəcəm və hər şeyə aydınlıq gələcək.

Komandanızdakı inamsızlıq nədən qaynaqlanırdı?

- Futbolçularımızın əksəriyyəti təcrübəsiz idi. Final həyəcanı ən adlı-sanlı klublarda olur. Təəssüf ki, bacarmadıq.

Qeyd etdiniz ki, gedə də bilərsiniz. Hansı ehtimal daha yüksəkdi, getmək, yoxsa qalmaq?

- Yəqin ki, gedəcəyəm.

“Qəbələ” Kuboku haqq etdimi?

- Final tək oyundu. “Qəbələ” də Kuboku qazanmaq istəyirdi, biz də. Desəm ki, layiq deyildilər, ədalətsizlik olar.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi