​"Qəbələ"nin yeni məşqçilər korpusu fəaliyyətə başlayıb

​"Qəbələ"nin yeni məşqçilər korpusu fəaliyyətə başlayıb Andrey Qluşenko, Mixaylo Savka və Stepan Matveyev Ukraynanın "Çernomorets" klubunda Qriqorçukla birgə çalışıb
Futbol
6 Yanvar , 2015 09:41
​Qəbələnin yeni məşqçilər korpusu fəaliyyətə başlayıb

Bakı. 6 yanvar. REPORT.AZ/ Azərbaycanın “Qəbələ” futbol komandasının məşqçilər korpusu yeni tərkibdə fəaliyyətə başlayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Türkiyənin Antalya bölgəsindəki toplanışından etibarən Sənan Qurbanov, Mixaylo Savka və Stepan Matveyev köməkçi məşqçi qismində, Andrey Qluşenko qapıçılar üzrə məşqçi kimi, Anatoli Korotiya isə elmi-metodiki sahədə baş məşqçi Roman Qriqorçuka kömək edəcəklər.

S.Qurbanov əvvəlki baş məşqçilərin dövründə də komandada olub, digər mütəxəssislər isə R.Qriqorçukla birgə Ukrayna "Çernomorets"ində çalışıb.

Qeyd edək ki, "Qəbələ" Antalya toplanışına yanvarın 5-dən start verib.

Son xəbərlər

Orphus sistemi