"Qəbələ"nin keçmiş hücumçusu Moldovada çempion və bombardir olub

"Qəbələ"nin keçmiş hücumçusu Moldovada çempion və bombardir olub Daniel Subotiç 12 qol vurub
Futbol
30 May , 2016 11:04
Qəbələnin keçmiş hücumçusu Moldovada çempion və bombardir olub

Bakı. 30 may. REPORT.AZ/ "Qəbələ" klubunun keçmiş hücumçusu Daniel Subotiç hazırkı komandası "Şerif"in heyətində Moldova çempionu və bombardir olub. "Report"un məlumatına görə, "Şerif" "qızıl oyun"da "Daçiya"nı 1:0 hesabı ilə yenərək, qızıl medallara sahib çıxıb. 

27 yaşlı forvard bu matçda 62 dəqiqə meydanda olub. Onun əvəzinə oyuna daxil olan Qoran Qaleşiç 88-ci dəqiqədə qələbə topunu vurub. Subotiç "qızıl oyun"da fərqlənə bilməsə də, 12 qolla bombardir olub.

Qeyd edək ki, Daniel Subotiç 2013-2014 mövsümündə "Qəbələ"də çıxış edib. İsveçrəli hücumçu həmin vaxt 29 oyuna 12 qol vurub.

Son xəbərlər

Orphus sistemi