"Qəbələ"nin keçmiş hücumçusu Cənubi Koreya klubu ilə müqavilə bağlayıb

"Qəbələ"nin keçmiş hücumçusu Cənubi Koreya klubu ilə müqavilə bağlayıb İsveçrəli futbolçu "Ulsan"la müqavilə bağlayıb
Futbol
11 İyul , 2017 11:20
Qəbələnin keçmiş hücumçusu Cənubi Koreya klubu ilə müqavilə bağlayıb

Bakı. 11 iyul. REPORT.AZ/ "Qəbələ"nin keçmiş futbolçusu Daniel Subotiç özünə yeni komanda tapıb. "Report"un məlumatına görə, isveçrəli hücumçu Cənubi Koreyanın "Ulsan Hyuindai" klubu ilə hazırkı mövsümün sonunadək müqavilə bağlayıb.

28 yaşlı oyunçu xorvatiyalı Miroslav Orsiçlə birgə qolçu funksiyasını yerinə yetirəcək.

Hazırda "Ulsan" 12 komandalı çempionatda 3-cü pillədədir. Lakin komanda 19 oyuna cəmi 18 qol vurub ki, bu da cari mövsümdə 3-cü ən zəif göstəricidir.

Qeyd edək ki, Daniel Subotiç "Qəbələ"də iki dəfə forma geyinib. O, 2013-2014 mövsümündə 29 oyuna 12 qol vurub. Subotiç ötən mövsümün ikinci yarısını da "qırmızı-qaralar"ın heyətində keçirib. Subotiç bu dəfə 11 matçda 3 dəfə fərqlənib.  

Son xəbərlər

Orphus sistemi