"Qəbələ"nin keçmiş futbolçusu Rebrovun baş məşqçi olduğu "Əl-Əhli" klubuna keçib

"Qəbələ"nin keçmiş futbolçusu Rebrovun baş məşqçi olduğu "Əl-Əhli" klubuna keçib Braziliyalı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlanılıb
Futbol
5 Avqust , 2017 12:23
Qəbələnin keçmiş futbolçusu Rebrovun baş məşqçi olduğu Əl-Əhli klubuna keçib

Bakı. 5 avqust. REPORT.AZ/ "Qəbələ"nin keçmiş futbolçusu Leonardo da Silva Souza Sergey Rebrovun baş məşqçi kimi çalışdığı Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubuna keçib.

"Report"un ərəb klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı hücumçu ilə sonradan daha bir il uzadıla bilməsi şərti ilə iki illik müqavilə bağlanılıb.

25 yaşlı oyunçu ötən mövsümü Serbiya "Partizan"ında keçirib. "Transfermarkt" "Partizan"ın bu transferdən 4,2 milyon avro qazandığını yazıb.

Qeyd edək ki, Leonardo da Silva Souza "Qəbələ"də 2013-2014 mövsümündə Yuri Syominin rəhbərliyi altında forma geyinib. Lakin 2014-cü ilin yayında onunla müqavilə uzadılmayıb. Daha sonra "sambaçı" 2016-cı ilədək Rusiya "Anji"sində çıxış edib və son mövsümü "Partizan"da keçirib. Oyun səviyyəsini getdikcə yüksəldən forvard "Qəbələ"də 31 oyuna 7 qol vurubsa, "Anji"də 31 matçda 8, "Partizan"da isə 34 qarşılaşmada 24 qol vurub.

Son xəbərlər

Orphus sistemi