Yuxarı
    Bağlamaq

    ​"Qəbələ"nin kapitanı yenidən zədələnib

    Dodo məşqi ağrılarla tərk edib

    Bakı. 8 aprel. REPORT.AZ/ "Qəbələ" futbol komandasının kapitanı Dodo yenidən zədələnib. Bu barədə "Report"a klubun meneceri Səbuhi Səfyarlı məlumat verib.

    Onun sözlərinə görə, iki gün öncə məşq zamanı qasıq əzələsində ağrılar hiss edən 29 yaşlı yarımmüdafiəçi hazırlıq prosesini yarımçıq qoyub. Braziliyalı oyunçu ötən gün də məşqə qatılmayıb. S.Səfiyarlı "sambaçı"nın Azərbaycan Premyer Liqasının XXIX turunda "Sumqayıt"la səfər matçında çıxış etməyəcəyini açıqlayıb.

    Dodo sonuncu oyununu XXVI turda "Qarabağ"a qarşı keçirib. Həmin görüşün uzatma dəqiqələrində o, zədələnərək, meydanı tərk edib və AZAL və "İnter"lə sonrakı görüşləri buraxıb. 

    Qeyd edək ki, "Qəbələ" "Sumqayıt"la oyuna "Bakı" klubunun təlim-məşq bazasında hazırlaşır. Aprelin 9-da Sumqayıtdakı "Kapital Bank Arena"da keçiriləcək qarşılaşma saat 14:00-da başlanacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi