Yuxarı

"Qəbələ"nin hücumçusu keçmiş klubunu məhkəməyə verib

Aleksey Antonov Aktobedən borcunu istəyir

Bakı 24 fevral. REPORT.AZ/ "Qəbələ"nin futbolçusu Aleksey Antonov keçmiş klubu Qazaxıstan Aktobe"sindən İdman Arbitraj Məhkəməsinə şikayət edib. "Report"un məlumatına görə, bu barədə "Aktobe"nin baş direktoru Dmitri Vasilyev açıqlama verib. 

O bildirib ki, Antonov keçmiş klubunun ona borclu olduğunu iddia edib. Müvafiq sənədləri yenicə aldıqlarını deyən baş direktor bildirib ki, hazırda komandanı hansı cəzanın gözlədiyi öyrənilir. O, ukraynalı yarımmüdafiəçi Sergey Kovalçukun da eyni addımı atdığını vurğulayıb və yenə xoşagəlməz sürprizlərin olacağını istisna etməyib. 

Qeyd edək ki, Aleksey Antonov "Aktobe"də 2014-cü ilin iyunundan 2015-ci ilin iyununadək forma geyinib. Ardından o, "Qəbələ"yə keçib. Sergey Kovalçuk isə 2012-ci ilin iyunundan 2013-cü ilin dekabrınadək Qazaxıstan klubunda çıxış edib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi