Yuxarı

"Qəbələ"nin hücumçusu ən məhsuldar fransalı futbolçular siyahısına düşüb

Baqali Dabo AVRO-2016-nın bombardiri ilə eyni göstəriciyə malikdir

Bakı. 20 sentyabr. REPORT.AZ/ "Qəbələ" klubunun hücumçusu Baqali Dabo, çıxış etdikləri ölkə çempionatlarında ən çox qol vuran fransalı futbolçular siyahısında yer alıb. "Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasında 4 oyuna çıxan 28 yaşlı hücumçu eyni sayda fərqlənməyi bacarıb.

Bu göstərici ilə Dabo yalnız "Lion"un üzvü Aleksandr Lyakazettdən geri qalır. 25 yaşlı forvard 4 oyuna 6 qol vurub. O, İspaniya "Atletiko"sunun hücumçusu və 2016-cı il Avropa çempionatının 6 qolla bombardiri olmuş Antuan Qrizmannla birgə 2-3-cü yerləri bölüşür. 

Başqa ölkələrin çempionatlarında çıxış edən və ən çox qol vuran fransalı futbolçuların ilk onluğu:

1. Aleksandr Lyakazett ("Lion", Fransa) - 4 oyunda 6 qol

2. Baqali Dabo ("Qəbələ", Azərbaycan) - 3 oyunda 4 qol

2. Antuan Qrizmann ("Atletiko", İspaniya) - 3 oyunda 4 qol

4. Etyen Kapu ("Uotford", İngiltərə) - 5 oyunda 4 qol

4. Qiyom Oaro ("Yanq Boyz", İsveçrə) - 5 oyunda 4 qol

6. Sebastyen Aller ("Utrext", Hollandiya) - 6 oyunda 4 qol

7. Arlem-Eddi Qnoere ("Dinamo" Buxarest, Rumıniya) - 7 oyunda 4 qol

8. Entoni Modeste ("Köln", Almaniya) - 3 oyunda 3 qol

9. Mussa Dembele ("Seltik", Şotlandiya) - 5 oyunda 3 qol

10. Jeremi Perbe ("Gent", Belçika) - 6 oyunda 3 qol

Qeyd edək ki, Baqali Dabo Premyer Liqanın ilk turunda "Kəpəz"ə 1, IV turda isə "Neftçi"yə 3 qol vurub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi