"Qəbələ"nin hər iki qolunun müəllifi: "2:0 hesabı yaxşı nəticədir"

"Qəbələ"nin hər iki qolunun müəllifi: "2:0 hesabı yaxşı nəticədir" Viktor Mendi "Sumqayıt" üzərində qələbəni şərh edib
Futbol
9 Mart , 2015 09:36
Qəbələnin hər iki qolunun müəllifi: 2:0 hesabı yaxşı nəticədir

Bakı. 9 mart. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Viktor Mendi Azərbaycan Premyer Liqasının XXV turunda "Sumqayıt"ı 2:0 hesabı ilə məğlub etdikləri matçı şərh edib. Hər iki qolun müəllifi "Report"un oyuna ezam olunmuş əməkdaşına açıqlamasında görüşün çətin keçdiyini bildirib. 

Bununla belə, seneqallı hücumçu nəticədən razı qaldığını söyləyib: "Çətin oyun keçdi. İlk hissədə yaxşı oynadıq və 2 qol vurduq. İkinci hissədə isə əks-hücumlara bel bağladıq. Lakin qol vura bilmədik. Düşünürəm ki, 2: 0 yaxşı hesabdır". 

Mendi "Simurq"la Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab görüşü və "İnter"lə Premyer Liqanın növbəti tur qarşılaşması barədə də danışıb: "Fikrimcə, hər iki matç bizim üçün çətin keçəcək. Xüsusən, evdə "Simurq"a 0:3 hesabı ilə uduzmuşuq. Bu, heç də ürəkaçan nəticə deyil. Lakin növbəti görüşlərdə də uğurlu nəticə üçün əlimizdən gələni edəcəyik". 

Qeyd edək ki, Viktor Mendi "Sumqayıt"ı 22-ci və 34-cü dəqiqədə vurduğu qollarla məyus edib. Bu qələbə "Qəbələ"ni 4-cü pilləyə yüksəldib. 

Son xəbərlər

Orphus sistemi