"Qəbələ"nin futbolçusu Xorvatiya milli komandasına çağırılmamasına münasibət bildirib

"Qəbələ"nin futbolçusu Xorvatiya milli komandasına çağırılmamasına münasibət bildirib "Yığmamızın 0:3 hesabı ilə uduzması mənim üçün əsl şok oldu"
Futbol
30 Mart , 2017 14:28
Qəbələnin futbolçusu Xorvatiya milli komandasına çağırılmamasına münasibət bildirib

Bakı. 30 mart. REPORT.AZ/ "Xorvatiya millisində çox yaxşı futbolçular var. Baş məşqçi Ante Caciç də onları çağırıb".

Bunu "Report"a açıqlamasında "Qəbələ"nin futbolçusu Filip Ozobiç Xorvatiya millisinin son iki oyununa çağırılmamasına münasibət bildirərkən deyib. Komandasının Ukrayna ilə DÇ-2018-in seçmə qrup matçı və Estoniya ilə yoldaşlıq görüşünə çağırılmayan xorvatiyalı yarımmüdafiəçi yalnız öz klubu barədə düşündüyünü söyləyib.

Xorvatiya millisi Ukraynanı 1:0 hesabı ilə yendikdən sonra Tallində Estoniya önünə əsasən, ikinci heyətlə çıxıb. Həmin heyət isə 0:3 hesabı ilə uduzub. Ozobiç böyük hesablı məğlubiyyəti gözlənilməz qarşıladığını vurğulayıb: "Canlı olaraq izləyə bilmədim, sadəcə təkrara baxdım. Fikirləşirdim ki, Xorvatiya millisi Estoniyaya qalib gələr. Amma 0:3 hesabla uduzmaları mənim üçün əsl şok oldu. Ukrayna ilə matçda oynayanların çoxu Estoniya matçında yox idi".

Ozobiç Estoniyaya qarşı oynasaydı, həmklubu Sergey Zenyovla meydanda rəqib kimi üz-üzə gələ bilərdi. Onun fikrincə, Zenyovla milli səviyyəsində qarşılaşması maraqlı olardı: "Amma Sergey klubumuzun düşərgəsinə qayıtdıqdan sonra oyun haqqında çox danışmadıq".

Qeyd edək ki, Filip Ozobiç bu ilin yanvar ayında “China Cup 2017” turnirində iştirak etmək üçün Xorvatiya yığmasına dəvət olunub. Çili və Çin yığmaları ilə görüşdə onun komandası penaltilər seriyasında məğlub olaraq, 4-cü yeri tutub. "Qəbələ"nin legioneri Çili ilə matçda meydana start heyətdə çıxıb və 53-cü dəqiqədə sarı vərəqə alıb. Çinlə 3-cü yer uğrunda görüşdə isə o, 90+1-ci dəqiqədə oyuna girib və penaltilər seriyasında zərbəni dəqiq yerinə yetirib. 

Son xəbərlər

Orphus sistemi