Yuxarı

"Qarabağ" "Qəbələ"nin yarımmüdafiəçisi ilə müqavilə imzalayıb - RƏSMİ

"Qəbələ"nin futbolçusu "Qarabağ"da

Bakı. 9 yanvar. REPORT.AZ/ "Qarabağ" klubu "Qəbələ"nin futbolçusu Hacıağa Hacılı ilə müqavilə imzalayıb. 

"Report" klubun saytına istinadən xəbər verir ki, Ağdam təmsilçisi mövsümün əvvəlindən komandada icarədə olan 21 yaşlı yarımmüdafiəçinin transfer hüququna tam yiyələnib. Onunla 4 illik anlaşma əldə olunub.

Qeyd edək ki, Hacıağa Hacılı "Qəbələ"nin yetirməsidir. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi