“Qəbələ”nin baş məşqçisi “Səbail”ə məğlubiyyətin səbəbini açıqladı

“Qəbələ”nin baş məşqçisi “Səbail”ə məğlubiyyətin səbəbini açıqladı “Qış fasiləsindən sonra nəticələrimiz alınmır. Lakin oyun planında komandadan razıyam. Sadəcə, yenilərə müəyyən vaxt lazımdır ki, uyğunlaşsınlar”.
Futbol
16 Fevral , 2020 18:47
“Qəbələ”nin baş məşqçisi “Səbail”ə məğlubiyyətin səbəbini açıqladı

“Qış fasiləsindən sonra nəticələrimiz alınmır. Lakin oyun planında komandadan razıyam. Sadəcə, yenilərə müəyyən vaxt lazımdır ki, uyğunlaşsınlar”.

“Report”un məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev səfərdə “Səbail”ə 1:3 hesabı ilə uduzduqları Azərbaycan Premyer Liqasının XVII tur matçından sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, məğlubiyyətlər müdafiəçilərlə bağlı yox, komanda şəklində müdafiə oluna bilməmələri və İbrahima Niassenin yerini doldura bilməmələri ilə bağlıdır:

“Yenilər gec qoşulduqları üçün hələ oyunumuzu tapmamışıq. İlk gündən hücum futbolu oynamağa çalışmışıq. Fəlsəfəmiz budur. 90 dəqiqə ərzində müdafiədə oturmaq və bir hücuma bel bağlamaq da olmaz”.

Baxşıyev Kamal Umudlunun rəhbərlik etdiyi hakimlər briqadasının işini normal qiymətləndirib: “Sadəcə, öz oyunçularıma iradım var. Öz konsentrasiyalarını itirir və lazımsız vərəqələr alırlar”.

Son xəbərlər

Orphus sistemi