"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb

"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb "O ildə bir milyon dollar civarında qazanır"
Futbol
20 Aprel , 2017 20:51
Qəbələnin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb

Bakı. 20 aprel. REPORT.AZ/ "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçukun illik qazancı açıqlanıb. 

"Report"un məlumatına görə, bu barədə Latviya Futbol Federasiyasının (LFF) baş katibi Yanis Majetskis açıqlama verib.

O bildirib ki, ukraynalı mütəxəssisə Latviya yığmasında baş məşqçi postunu təklif etdikləri vaxt onun əmək haqqı ilə də maraqlanıb: "Qriqorçukla əmək haqqı barədə söhbətimiz olmadı. Amma qeyri-rəsmi danışıqlardan eşitdim ki, o, ildə bir milyon dollar civarında qazanır".

Baş katibin sözlərinə görə, yığmanın yeni baş məşqçisinin əmək haqqı Qriqorçukun qazancından 10 dəfə azdır: "LFF baş məşqçiyə 1 milyon dollar ödəməyi özünə rəva görməz. Aleksandr Starkova 10 dəfə az məbləğdə maaş veririk".

Qeyd edək ki, Roman Qriqorçuk "Qəbələ"də 2015-ci ilin yanvarından çalışır. Onunla hazırkı anlaşma yayda başa çatacaq.

Son xəbərlər

Orphus sistemi