"Qəbələ"nin baş məşqçisi: "Növbəti matçlarda daha çox fərqlənəcəyik"

"Qəbələ"nin baş məşqçisi: "Növbəti matçlarda daha çox fərqlənəcəyik" Qəbələ. 12 avqust. REPORT.AZ / Bu oyun bizim üçün vacib idi. Çünki ilk oyundur, yeni çempionata uğurla start götürmək, qələbə qazanmağı çox istəyirdik. Bunu da meydanda gördük. İlk növbədə, futbolçularımızı bu istəyə görə təbrik edirəm. Yenilənmiş Səbail! üzərində parlaq qələbə qazandıq.
Futbol
12 Avqust , 2018 21:34
Qəbələnin baş məşqçisi: Növbəti matçlarda daha çox fərqlənəcəyik

Qəbələ. 12 avqust. REPORT.AZ / "Bu oyun bizim üçün vacib idi. Çünki ilk oyundur, yeni çempionata uğurla start götürmək, qələbə qazanmağı çox istəyirdik. Bunu da meydanda gördük. İlk növbədə, futbolçularımızı bu istəyə görə təbrik edirəm. Yenilənmiş "Səbail! üzərində parlaq qələbə qazandıq".

"Report" xəbər verir ki, bunu "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov evdə "Səbail"ə 3:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının ilk tur matçından sonra mətbuat konfransında deyib. Daha sonra gənc mütəxəssis sualları cavablandırıb...

- Bu nəticəni gözləyirdiniz?

- "Səbail"də həm keyfiyyətli yerli futbolçular, milli üzvləri var, həm də səviyyəli legionerlər. Yalnız "Sabah"la yoxlama matçlarına baxmışdıq. Qol imkanlarımız çox oldu və bunun 3-nü dəyərləndirdik. Ümid edirəm ki, növbəti matçlarda daha çox fərqlənəcəyik.

- Rauf Əliyev əsas heyətdə yerini itirdi və onu hücumun mərkəzində əvəzləyən Ceyms Adeniyi uğurla çıxış etdi...

- Heyəti oyun, rəqibin taktikasına görə müəyyənləşdiririk. "Səbail" 3-ü mərkəz müdafiəçisi olmaqla 5 müdafiəçi ilə çıxış edirdi. Ceymsin oynaması taktiki gedişlə bağlı idi. Çünki Adeniyi daha hərəkətlidir. Rauf inandığımız futbolçudur və oyuna sonradan fəal qoşuldu.

Son xəbərlər

Orphus sistemi