"Qəbələ"nin baş məşqçisi: "Maaşım iki dəfə azalıb" - MÜSAHİBƏ

"Qəbələ"nin baş məşqçisi: "Maaşım iki dəfə azalıb" - MÜSAHİBƏ Roman Qriqorçuk Ukraynada "Futbol TV"nin əməkdaşının suallarını cavablandırıb
Futbol
26 Yanvar , 2017 17:16
Qəbələnin baş məşqçisi: Maaşım iki dəfə azalıb - MÜSAHİBƏ

Bakı. 26 yanvar. REPORT.AZ/ "Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk ölkəsində "Futbol TV"nin əməkdaşının suallarını cavablandırıb.

"Report" ukraynalı mütəxəssisinin müsahibəsini təqdim edir...

- Artıq 2 ildir "Qəbələ"dəsiniz. Bu, az müddətdir, ya çox?

- Çoxdur. Üstəlik, futbolda hər şey sürətli olur.

- Demək olarmı ki, "Qəbələ" Sizin rəhbərliyiniz altında ən yaxşı nəticəsini göstərir?

- İndi bizim bir hədəfimiz var. O da "Qarabağ"la mübarizə aparmaqdır.

- Azarkeşlərə "Qəbələ"nin bu mövsüm çempion olacağına söz vermək olar?

- "Qəbələ" hələ ki, 3-cü yerdən yuxarıya yüksəlməyib. Ancaq iki il ardıcıl Avropa Liqasının qrup mərhələsində iştirak etməyi böyük uğur adlandırmaq olar. İkinci yer "Qəbələ" üçün yaxşıdır. Ancaq ikinci pillə birinci yer deyil. Çempionluq isə başqadır.

- Almaniyanın "Maynts", Fransanın "Sent-Etyen" və Belçikanın "Anderlext" klubları ilə mübarizədə "Qəbələ" qrup mərhələsində bir xal da qazana bilmədi. Uğursuzluğun səbəbi nə idi?

- Biz təkcə onlardan geri qalmırıq, həm də müxtəlif qütblərdəyik. Bu mərhələdə irəliləmək istəyiriksə, daha çox çalışmalı və daha yaxşısını etməliyik. Üstəlik, maddi baxımdan daha da güclənməliyik.

- "Qəbələ"nin büdcəsinin azalması doğrudur?

- Dəqiq rəqəm deyə bilmərəm. Bu, mənim işim deyil. Sadəcə, klubun büdcəsinin azaldığını təsdiqləyə bilərəm.

- Siz də, futbolçular da əmək haqqının azaldılmasına razılaşdınız?

- Bəli, konkret azalmalara etiraz etmədik.

- Sizin əmək haqqının təxminən iki dəfə azaldıldığını demək olar?

- Əlbəttə.

- Məlumatlara görə, siz Kiyev "Dinamo"sunun baş məşqçi postuna namizədsiniz. Bu, doğrudur?

- Mənim yaya qədər müqaviləm var. İndi danışıqlar üçün heç bir əsas yoxdur. Super, top-klublardan təkliflər olarsa, bunlar istisnadır.

- Yenidən Ukraynaya - "Çernomorets"ə qayıtmağınız mümkündür?

- Onu deyə bilərəm ki, Odessada yaşayıram. İstisna etmirəm ki, nə vaxtsa orada işləyəcəyimdən xoşbəxt olacağam.

- "Qəbələ"də iki ukraynalı oyunçu - Dmitri Bezotosnı və Vitali Vernidub qalıb. Onlar inkişaf edib?

- Xeyli dərəcədə. Çox insan bu cür peşəkarlığı öyrənməlidir. Gənc oyunçular daha çox gəzməli, görməli və bu cür inkişaf istəməlidirlər. Dmitrinin 30 yaşı var. O, komandada böyük olaraq qalır, oyunda da yaxşıdır. İstərdim ki, Dmitri 50 yaşına qədər futbol oynasın.

- Bilirik ki, gündəliyiniz var. Son zamanlar hansı maraqlı hadisə ilə üzləşmisiniz?

- "Qəbələ"nin əvəzedicilərinin oyununa baxırdım. Bir jurnalist yaxınlaşıb məndən müsahibə götürmək istədi. Biz onunla kamera önündə söhbət edirdik. Bu an bir nəfər yaxınlaşıb "Sizdə alışqan yoxdur?" sualını verdi. O qədər adam var ki. Kimdən istəsən, soruş da (gülür).

Son xəbərlər

Orphus sistemi