"Qəbələ"nin baş məşqçisi: "Həmin final keçmişdə qalıb"

"Qəbələ"nin baş məşqçisi: "Həmin final keçmişdə qalıb" Bakı. 20 dekabr. REPORT.AZ/ Kubok fərqli turnirdir. İlk oyunu analiz etdik. Sevindirici haldır ki, məsuliyyətli oynadıq, səhv buraxmadıq. Yaxşı oyunla qalib gəldik. Gedişat onu göstərir ki, qış fasiləsindən sonra sistemimiz oturacaq. Fəxr edirəm ki, belə futbolçularla işləyirəm.
Futbol
20 Dekabr , 2018 18:21
Qəbələnin baş məşqçisi: Həmin final keçmişdə qalıb

Bakı. 20 dekabr. REPORT.AZ/ "Kubok fərqli turnirdir. İlk oyunu analiz etdik. Sevindirici haldır ki, məsuliyyətli oynadıq, səhv buraxmadıq. Yaxşı oyunla qalib gəldik. Gedişat onu göstərir ki, qış fasiləsindən sonra sistemimiz oturacaq. Fəxr edirəm ki, belə futbolçularla işləyirəm".

"Report" xəbər verir ki, bu fikirləri "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanov Azərbaycan Kubokunun 1/4 mərhələsinin cavab matçında "Sabah"ı 1:0 hesabı ilə məğlub etdikləri oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis jurnalistlərin suallarını da cavablandırıb:

- Dəyişikliklərə nələrdən başlamaq fikrindəsiniz?

- Komandama inanıram, buna görə inamlı danışıram. İnkişafı görərək belə deyirəm. Qışdan sonra daha çox qələbə qazanmalıyıq ki, rəqiblərimizə çataq.

- Nəzərə alsaq ki, çempionatda turnir cədvəlinin ortalarındasınız. Əsas gücü kuboka yönəldəcəksiniz?

- Bizim üçün elə bir fərq yoxdur. Hədəfimiz ilk "3-lüy"ə düşməkdir. Rəqiblərimizlə xal fərqi elə də çox deyil.

- Qış fasiləsində heyətinizdə hansı dəyişiklər olacaq?

- Heyətdə elə bir dəyişiklik olmayacaq. Daha da güclənmək istəyirik. Komandadan gedən olmayacaq. 

- Aqil Məmmədovun "Neftçi"yə keçəcəyi barədə mətbuatda xəbər yayılıb. Bu barədə nə deyə bilərsiniz? 

- Aqilin gedişi haqqında məlumatım yoxdur. O hələ ki komandadır. 

- Bu gün "Keşlə"yə azarkeşlik edəcəksiniz? Həm münasib rəqib olduğuna, həm də ötən il kubokun finalında məğlubiyyətin revanşına görə...

- Həmin final keçmişdə qalıb. Hansı qalib gələcəksə, onunla da yarımfinalda oynayacağıq.

Son xəbərlər

Orphus sistemi