"Qəbələ"nin Avropa Liqasındakı səfər oyunlarının başlama vaxtı və stadionları açıqlanıb

"Qəbələ"nin Avropa Liqasındakı səfər oyunlarının başlama vaxtı və stadionları açıqlanıb İlk oyun Bakı vaxtı ilə saat 21:00-da başlayacaq
Futbol
27 Avqust , 2016 10:20
Qəbələnin Avropa Liqasındakı səfər oyunlarının başlama vaxtı və stadionları açıqlanıb

Bakı. 27 avqust. REPORT.AZ/ Avropa Liqasının C qrupunda mübarizə aparacaq "Qəbələ" klubunun səfər oyunlarının başlama vaxtı və stadionları açıqlanıb. 

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar" ilk oyununa Belçikanın paytaxtı Brüsseldə çıxacaq.

"Anderlext"lə oyun sentyabrın 15-də "Konstant Vanden Stok" stadionunda baş tutacaq. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 21:00-da səslənəcək. "Qırmızı-qaralar"ın oktyabrın 20-də Fransa "Sent-Etyen"i ilə görüşü eyniadlı şəhərdə yerləşən "Joffrua Qişar" stadionunda olacaq. Həmin oyun Bakı vaxtı ilə saat 23:05-də başlayacaq. Azərbaycan təmsilçisinin Almaniya "Maynts"ına qarşı keçirəcəyi görüşün başlama vaxtı isə Bakı vaxtı ilə saat 21:00 göstərilib. Komandalar Maynts şəhərində yerləşən "Kofas Arena"da münasibətlərinə aydınlıq gətirəcək.

"Qəbələ"nin ev oyunlarının başlama vaxtı açıqlanmasa da, hər üçn görüşün "Bakcell Arena"da keçiriləcəyi göstərilib.

Son xəbərlər

Orphus sistemi