Yuxarı

​"Qəbələ"nin Avropa Liqasındakı rəqibi futbolçusunu icarəyə verib

Lenni Nangis Bastiyada çıxış edəcək

Bakı. 2 avqust. REPORT.AZ/ "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Fransanın "Lill" klubu bir futbolçusu ilə yollarını ayırıb.

"Report"un Fransa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lenni Nangis "Bastiya" klubunda icarə əsasında çıxış edəcək.

Tərəflərin razılaşmasına əsasən 22 yaşlı hücumçu qarşıdakı mövsümdə "Bastiya"nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Lill"in heyətində 11 oyun keçirən Nangis ötən ilin avqustunda komandaya qoşulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi