​"Qəbələ"nin Avropa Liqasındakı rəqibi futbolçusunu icarəyə verib

​"Qəbələ"nin Avropa Liqasındakı rəqibi futbolçusunu icarəyə verib Lenni Nangis "Bastiya"da çıxış edəcək
Futbol
2 Avqust , 2016 11:03
​Qəbələnin Avropa Liqasındakı rəqibi futbolçusunu icarəyə verib

Bakı. 2 avqust. REPORT.AZ/ "Qəbələ"nin Avropa Liqasının III təsnifat mərhələsindəki rəqibi Fransanın "Lill" klubu bir futbolçusu ilə yollarını ayırıb.

"Report"un Fransa təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Lenni Nangis "Bastiya" klubunda icarə əsasında çıxış edəcək.

Tərəflərin razılaşmasına əsasən 22 yaşlı hücumçu qarşıdakı mövsümdə "Bastiya"nın uğurları üçün çalışacaq.

Qeyd edək ki, "Lill"in heyətində 11 oyun keçirən Nangis ötən ilin avqustunda komandaya qoşulub.

Son xəbərlər

Orphus sistemi