"Qəbələ"nin Avroliqa üçün sifariş ərizəsi açıqlanıb - SİYAHI

"Qəbələ"nin Avroliqa üçün sifariş ərizəsi açıqlanıb - SİYAHI A vərəqində 22 futbolçunun adı yer alıb
Futbol
8 İyul , 2017 16:42
Qəbələnin Avroliqa üçün sifariş ərizəsi açıqlanıb - SİYAHI

Bakı. 8 iyul. REPORT.AZ/ "Qəbələ" komandasının futbol üzrə Avropa Liqasının II təsnifat mərhələsi üçün heyəti müəyyənləşib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, "qırmızı-qaralar” Polşanın "Yagelloniya” klubu ilə qarşılaşmalar üçün sifariş vərəqini Avropa futbol qurumuna təqdim edib. 

A vərəqində 22 futbolçunun adı yer alıb.

Qapıçılar: 22. Dmitri Bezotosnı 23. Aqil Məmmədov

Müdafiəçilər: 3. Vojislav Stankoviç 5. Rasim Ramaldanov 7. Deyv Bultuis 15. Vitali Vernidub 18. İlqar Qurbanov 34. Ürfan Abbasov

Yarımmüdafiəçilər: 4. Elvin Camalov 6. Elvin Məmmədov 7. Araz Abdullayev 11. Asif Məmmədov 12. Endi Hallidey 14. Cavid Hüseynov 16. Dion Malone 19. Filip Ozobiç 20. Xavi Ernandes Qonzales 88. Tellur Mütəllimov

Hücumçular: 9. Baqali Dabo 10. Ruslan Qurbanov 28. Stefan Jozef-Monroz 45. Famoussa Kone

Qeyd edək ki, "Qəbələ” ilə "Yagelloniya” arasında ilk oyun iyulun 13-də, cavab matçı iyunun 20-də baş tutacaq. "Qırmızı-qaralar” ilk görüşü evdə keçirəcək. 

Son xəbərlər

Orphus sistemi