"Qəbələ"nin "Apollon" ilə Avropa Liqasındakı görüşündə qalmaqal baş verib

"Qəbələ"nin "Apollon" ilə Avropa Liqasındakı görüşündə qalmaqal baş verib Görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib
Futbol
31 İyul , 2015 00:01
Qəbələnin Apollon ilə Avropa Liqasındakı görüşündə qalmaqal baş verib

Bakı. 31 iyul. REPORT.AZ/ "Qəbələ"nin Kipr "Apollon"u ilə Avropa Liqasının III təsnifat mərhələsindəki ilk görüşündə qalmaqal baş verib. "Report"un məlumatına görə, buna oyunun uzatma dəqiqələrində ukraynalı Sergey Boykonun meydan sahiblərinin qapısına təyin etdiyi penalti səbəb olub.

Penaltiyə etiraz edən texniki heyət üzvləri oyunun bir neçə dəqiqə dayandırılmasına səbəb olublar. Bununla belə, penalti zərbəsi yerinə yetirilib və Cavid Hüseynov dəqiq olub. Qoldan sonra Hüseynov sevincini qeyri-etik jestlə qeyd edib. Əvəzində kiprli fanatlar meydana yad əşya atıblar. Final fiti səsləndirildikdən sonra isə tribunaaltı məkanda qalmaqal davam etdirilib.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə nəticələnib.

Son xəbərlər

Orphus sistemi