Yuxarı

"Qəbələ"nin 7 futbolçusu həftənin rəmzi komandasına düşüb

"Qəbələ"nin 7 futbolçusu həftənin rəmzi komandasına düşüb

Futbol üzrə Azərbaycan Premyer Liqasında XII turun rəmzi komandası bəlli olub.

“Report”un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, “InStat”ın təhlilinə əsasən, “11-liy”ə “Qəbələ”nin 7, “Keşlə”nin 2, “Neftçi” və “Səbail”in 1 oyunçusu düşüb.

Qapıçı: Anar Nəzirov – 268 (“Qəbələ”)-2

Müdafiəçilər: Donald Qerye - 279 (“Neftçi”), İviça Zuniç – 289 (“Qəbələ”), Miyusko Boyoviç - 287 (“Keşlə”)-3, İlkin Qırtımov - 270 (“Keşlə”)-2

Yarımmüdafiəçilər: Klesio Bauk– 318 (“Qəbələ”)-2, Merab Qiqauri - 290 (“Qəbələ”)-4, Fernan Lopez - 352 (“Qəbələ”)-3, Rövlan Muradov – 249 (“Qəbələ”)

Hücumçular: Davit Volkov - 270 (“Qəbələ”)-4, Ağabala Ramazanov - 247 (“Səbail”)-2

Həftənin ən yaxşı oyunçusu isə Fernan Lopez seçilib.

Qeyd edək ki, oyunçuların adının qarşısındakı rəqəm “InStat” indeksi, sondakı isə rəmzi komandaya düşmə sayıdır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi