Yuxarı

​"Qəbələ"nin 3 futbolçusu məşqlərdən kənarda qalıb

Viktor Mendi, Vladimir Levin və əməliyyat olunan Ruslan Əmircanov dünən keçirilən məşq prosesinə qoşulmayıb

Bakı. 17 dekabr. REPORT.AZ/ "Qəbələ" klubunun 3 futbolçusu Topaz Premyer Liqasının XVII turunda "Sumqayıt"la oyunda meydana çıxa bilməyəcək. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, zədəli Viktor Mendi, Vladimir Levin və əməliyyat olunan Ruslan Əmircanov son məşqə qatılmayıb.

Bakıdakı ADBTİA-nın stadionunda bir araya gələn əyalət təmsilçisi bu gün "Bayıl Arena"da da hazırlıq keçdikdən sonra maçtın hazırlığını tamamlayacaq.

Qeyd edək ki, dekabrın 18-də Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq qarşılaşma saat 15:00-da başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi