Yuxarı

"Qəbələ" - "Maribor" matçının başlama saatı müəyyənləşib

Görüş Bakcell Arenada təşkil olunacaq

Bakı. 9 avqust. REPORT.AZ/ "Qəbələ" və Sloveniyanın "Maribor" komandaları arasındakı futbol üzrə Avropa Liqasının ilk "pley-off" matçının başlama saatı müəyyənləşib. 

Klubdan "Report"a verilən məlumata görə, avqustun 18-də keçirilək qarşılaşma saat 21:00-da başlayacaq. 

Görüş "Bakcell Arena"da təşkil olunacaq. 

Qeyd edək ki, cavab görüşü avqustun 25-də Maribor şəhərindəki "Lyudski vrt" stadionunda keçiriləcək. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi