Yuxarı

"Qəbələ" afrikalı legioneri ilə yolları ayırdı - RƏSMİ

​"Qəbələ" kot-d`İvuarlı futbolçu Kristian Kuaku ilə yollarını ayırıb

"Qəbələ" klubu kot d ivuarlı futbolçu Kristian Kuaku ilə yollarını ayırıb.

Bu barədə "Report"a əyalət təmsilçisinin baş meneceri Zaur Əzizov məlumat verib. Onun sözlərinə görə, 28 yaşlı hücumçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, cari mövsümün əvvəlində Çexiyanın "Karvina" klubundan transfer olunan Kristian Kuaku ilə 1+1 illik müqavilə bağlanmışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi