Yuxarı

"Qəbələ" klubunun qış hazırlıq planı müəyyənləşib

Komanda üzvləri mövsümün ikinci yarısına Antalyada hazırlaşacaqlar

Bakı. 19 dekabr. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında mübarizə aparan "Qəbələ" klubunun qış hazırlıq planı məlum olub. Klubun meneceri Səbuhi Səfiyarlının "Report"a verdiyi məlumata görə, komanda üzvləri yanvarın 5-də bir araya gələrək Türkiyənin Antalya bölgəsinə yollanacaqlar.

Bələk qəsəbəsindəki təlim-məşq toplanışı iki hissədən ibarət olacaq. İlk toplanış yanvarın 17-dək davam edəcək. 2 günlük istirahətdən sonra məşqlər yenidən bərpa olunacaq. Hazırlıq planının ikinci hissəsi 19-29 yanvarı əhatə edəcək. Komanda üzvləri "Gloria" otelində məskunlaşacaqlar.

Qeyd edək ki, dekabrın 18-də ukraynalı Roman Qriqorçuk "Qəbələ" komandasına baş məşqçi təyin olunub. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi