"Qəbələ" klubunun futbolçusu zədələnib

"Qəbələ" klubunun futbolçusu zədələnib Ukraynalı legionerin oyun zamanı ayağı burxulub
Futbol
8 Fevral , 2017 15:53
Qəbələ klubunun futbolçusu zədələnib

Bakı. 8 fevral. REPORT.AZ/ "Qəbələ" klubu AZAL komandası ilə keçirdiyi Azərbaycan Premyer Liqasının XVII tur matçında itki ilə üzləşib. 

"Report"un məlumatına görə, Vitali Vernidub 38-ci dəqiqədə rəqib oyunçu Röyal Nəcəfovla top uğrunda mübarizə zamanı xəsarət alıb.

Ayağı burxulan müdafiəçi həkimlərin müdaxiləsinə baxmayaraq, ukraynalı legioner oyuna davam edə bilməyib. O, yerini Məhəmməd Mirzəbəyova verib.

Qeyd edək ki, ilk yarıdan sonra hesab açılmayıb - 0:0.

Son xəbərlər

Orphus sistemi