​"Qəbələ" klubunun futbolçusu üç həftəlik sıradan çıxıb

​"Qəbələ" klubunun futbolçusu üç həftəlik sıradan çıxıb Braziliyalı futbolçunun diz bağlarında zədə aşkarlanıb
Futbol
5 Mart , 2015 17:43
​Qəbələ klubunun futbolçusu üç həftəlik sıradan çıxıb

Bakı. 5 mart. REPORT.AZ/ "Qəbələ" klubunun futbolçusu Dodo zədə səbəbindən üç həftə yaşıl meydanlardan kənarda qalacaq. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumatına görə, braziliyalı yarımmüdafiəçi Azərbaycan Kubokunun 1/4 final mərhələsində Zaqatala "Simurq"u ilə keçirilmiş ilk görüşdə zədələnib.

O, 72-ci dəqiqədə sürüşmə fəndini uğursuz yerinə yetirib. Nəticədə Dodo ayağından xəsarət alaraq meydanı xərəkdə tərk etməli olub. Futbolçu yerini Ruslan Fominə verib. Tibbi müayinədən sonra futbolçunun diz bağlarında zədə aşkarlanıb.

Qeyd edək ki, Dodo ən azı Azərbaycan Premyer Liqasının XXV və XXVI turunda "Sumqayıt" və "İnter" komandaları ilə keçiriləcək oyunu buraxacaq. XXVII turda istirahət edəcək "Qəbələ" bir tur sonra AZAL-ın qonağı olacaq.

Son xəbərlər

Orphus sistemi