"Qəbələ" klubu yeni transferini rəsmən açıqlayıb

"Qəbələ" klubu yeni transferini rəsmən açıqlayıb Rasim Ramaldanovla mövsüm sonunadək müqavilə imzalanıb
Futbol
30 Yanvar , 2017 12:41
Qəbələ klubu yeni transferini rəsmən açıqlayıb

Bakı. 30 ynvar. REPORT.AZ/ "Qəbələ" klubu yeni futbolçu transfer edib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Rasim Ramaldanovla mövsümün sonunadək müqavilə imzalanıb.

31 yaşlı müdafiəçi karyerası ərzində "Simurq" (2008 - 2013), "Xəzər Lənkəran" (2013 - 2015) və "Sumqayıt"da (2016) çıxış edib. Gürcüstanda legioner həyatı yaşayan R.Ramaldanovun son klubu "Kolxeti" olub.

2012-ci ildə Azərbaycan milli komandasında debüt edən futbolçu əsas yığmada 17 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" qış transfer pəncərəsində Araz Abdullayevlə ("Neftçi") də münasibətlərini rəsmiləşdirib. Moldova "Şerif"indən ayrılan Daniel Subotiçlə müqavilə isə tezliklə rəsmən açıqlanacaq. 

Son xəbərlər

Orphus sistemi