Yuxarı

​"Qəbələ" klubu ukraynalı məşqçi ilə yollarını ayırıb

Onu Vüqar Məmmədov əvəzləyib

Bakı. 13 yanvar. REPORT.AZ/ "Qəbələ"nin əsas komandasının qapıçılar üzrə məşqçisi Andrey Qluşenko komandadan ayrılıb. "Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, ukraynalı mütəxəssis ailə vəziyyətinə görə vətəninə geri dönüb.

Qluşenkonu "Qəbələ"nin əvəzedicilər üzrə komandasının qapıçı məşqçisi Vüqar Məmmədov əvəz edib. V.Məmmədov daha öncə də əsas komandada fəaliyyət göstərib. O, Toni Adams, Ramiz Məmmədov və Fatih Kavlakın məşqçilər korpusunda yer almışdı.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi